Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fondu ilə bağlı bəzi mətbuat orqanlarında verilən məlumatlar həqiqəti əks etdirmir. Gah fonda nə qədər vəsait yığıldığının gizlədildiyini, gah müəssisə və təşkilatlardan fonda məcburi əsasda pul yığıldığını, gah da yığılan vəsaitin mənimsənildiyini yazırlar. Bütün bunlar savadsızlıqdan ortaya çıxan məlumatlardır".

Bunu APA-nın məlumatınsa görə bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.

T. Abdullayev bildirib ki, Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitlərlə bağlı son məlumat belədir: 17 661 446 manat, 140 791 dollar, 593 avro.

Onun sözlərinə görə, müəssisə və təşkilatlardan fonda məcburi qaydada pul yığılması ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. Fonda pul köçürməsi könüllüdür və kim istəyirsə, Beynəlxalq Bankın Binəqədi filialındakı hesaba vəsait köçürə bilər: "Köçürülən vəsait yalnız və yalnız mədaxildir. Yəni hesaba vəsait daxil olsa da, məxaric yoxdur. Bu isə o deməkdir ki, fond yaradılandan bu günə kimi bir manat da olsun hesabdan pul çıxarılmayıb və ya xərclənməyib. Ona görə fonda yığılan vəsaitin mənimsənilməsi barədə deyilənlər də tamamilə absurd fikirlərdir. Silahlı Qüvvələrə Yardım Fondunun Əsasnaməsi var, həmin Əsasnaməyə görə vəsait ancaq Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə çıxarıla və ordu ilə bağlı müxtəlif xərclərə sərf edilə bilər. O cümlədən Əsasnaməyə görə fonda rəhbər təyin etmək də cənab prezidentin səlahiyyətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə