İran etiraz edir
"İranın Səudiyyə Ərəbistanının ABŞ –dakı səfirinin öldürmək planı ABŞ tərəfindən hazırlanmış təxribatdır" deyə İran prezidenti Mahmud Əhmədinecat bildirirb. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama verən İran prezidenti əlavə olaraq bəyan edib ki, ABŞ Iranin Səudiyyə Ərəbistanı ilə olan münasibətlərini korlamaq niyyətini güdür. Əhmədinejatın fikrincə, amerikalılar öz niyyətlərinə çata bilməyiblər.
İran prezidenti onu da əlavə edib ki, ölkə hakimiyyəti bununla bağlı istintaq planının reallaşmasına qarşıdır vətəndaşlarının ABŞ tərəfindən istintaqa cəlb olunmasına imkan verməyəcək.
Xatırladaq ki, bundan öncə İranın xarici işlər naziri Əli Əkbər Salehi rəsmi olaraq bəyan etmişdi ki, onun ölkəsi məsələ ilə bağlı ABŞ-ın ittihamlarını araşdırılacağını, lazım gələrsə istintaqın aparılmasını dəstəkləyə bilər. Dövlət məmuru bildirib ki, Tehran rəsmi Vaşinqtona məktub göndərib və həmin məktubda yazılıb ki, istintaqın nəticələri barədə məlumatlar bu dövlətə təqdim olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə