Məşhur aktrisa Syuzan Sarandon Roma papası XVI Benedikti "nasist" adlanırıb. O, bu ifadəsini Nyu-Yorkda keçirilən kino festivalında səsləndirib. SİA Reuters agenliyinə istinadən xəbər verir ki, "Ölü gəlir" (Dead Man Walking ) filminə görə "Oskar" mükafatına layiq görülmüş Sarandon müsahibələrinin birində bildirib ki, o, Roma papasına filmin məzmununu təşkil edən kitabı göndərib. Sarandon onu da əlavə edib ki, hazırda keçmiş pantifik haqqında danışır və dediklərinin indiki "nasist" papaya aid etmir. Müsahibəni alan jurnalist Bob Balaban Syuzan Sarandonu dediklərinə görə yumşaq tənbeh etsə də, aktrisa bir daha bəyan edib ki, XVI Benedikt "nasistdir".
Xatırladaq ki, XVI Benedikt (əsl adı Yozef Ratsinger) həqiqətən də gənc yaşlarında Faşist partiyasının nəzdində fəaliyyət göstərən gənc nasistlərin "Hitleryurgend" qruplaşmasında olub. Roma papası isə buna cavab olaraq bəyan edib ki, Hitler Almaniyasında bütün yeniyetmələr və gənclər bu qruplaşmaya qəbul olunmağa məcbur idilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB