Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi- meteoroloji proqnoza gəlincə bu gün Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, oktyabrın 19-da hava şəraitinin təzadlı dəyişkənliyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB