Bərdənin Zümürxan kəndində elektron tipli yeni ATS istifadəyə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yeni ATS qovşağından 3 kəndin sakinləri telefon xətti vasitəsilə sürətli internetə qoşulmaq və telefon rabitəsindən istifadə etmək imkanı əldə edib. Uzun illərdən sonra Bərdənin Zümürxan və bir neçə kəndin telefon problemi öz həllini tapıb.
Bundan sonra kənd sakinləri rabitə əlaqəsi saxlamaq üçün heç bir problemlə üzləşməyəcək. Kənddə yeni istifadəyə verilən yeni elektron tipli ATS-dən Zümürxan kəndi ilə bərabər, qonşu kənd sakinləri də telefon xidməti və geniş zolaqlı internetdən istifadə edəcəklər.
Bərdə telekomikasiya qovşağının mühəndisi Yunis Məmmədov bildirib ki, yeni stansiyasından 256 abonent istifadə edə bilər. Onun sözlərinə görə, hazırda kənd sakinləri istənilən şəhər və rayonla rahat danışa bilər.
Kənd sakini Ələddin Abbasov isə vurğulayıb ki, rayonda ilk dəfə olaraq Zümürxan kəndinə geniş zolaqlı internetde verilib: "Əvvələr kənd sakinləri internetden istifadə etmək üçün şəhər mərkəzinə getməli olurdu. İndi pravayderle abonet arasında bağlanan müqaviləyə əsasən kənd sakinləri istənilən internet sürətini əldə edə bilər.
Qeyd edək ki, yaxın günlərdə rayonun bir neçə kəndinə geniş zolaqlı internet veriləcək. Artıq bunun üçün internet şirkətləri kəndlərdə iş aparır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB