ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Riçard Luqar Azərbaycan prezidentini təbrik edib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Riçard Luqar Azərbaycan prezidentini təbrik edib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Riçard Luqar Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Sizi Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Müstəqilliyinizin ilk günlərindən ABŞ-ın Azərbaycan ilə sıx əməkdaşlığını yüksək qiymətləndirirəm. Ölkələrimiz arasındakı mövcud yüksək səviyyəli dayanıqlı qarşılıqlı əlaqələr "Cənub" qaz dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizində qadağan olunmuş malların dövriyyəsinin qarşısının alınması mexanizminin gücləndirilməsi, ekstremist qüvvələrə qarşı birgə mübarizə, sıx regional əməkdaşlığın inkişafı və maraq dairələrimizi əhatə edən bir çox başqa sahələrdə konkret irəliləyişlərin əldə edilməsinə imkan yaradıb.

Bir daha Sizə xalqınızın tarixində böyük əhəmiyyət kəsb edən bu gün münasibətilə ən xoş arzularımı çatdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə