Qubanın Möhüc kəndinə içməli su xətti çəkilib

Qubanın Möhüc kəndinə içməli su xətti çəkilib

Qubanın Möhüc kəndinə ilk dəfə olaraq içməli su xətti çəkilib. Uzun illər boyu su sarıdan çətinlik çəkən sakinlər yeni xəttin çəkilməsini sevinclə qarşılayıb.

SİA-nın Şimal börosunun verdiyi xəbərə görə, Qubanın ucqar yaşayış məntəqəsi olan Möhüc kəndinin 1500-sakini daim içməli su problemi ilə üzləşib. Sakinlərin bildirdiyinə görə, onlar uzun illər ərzində suyu kəndin bir neçə kilometrliyindən arabalarla daşıyıblar. Problemin aradan qaldırılması məqsədilə kəndə 1,5 km uzunluğunda yeni su xətti çəkilib. Kəndin mərkəzində tutumu 34 ton olan su anbarı tikilib.

Yeni su xəttinin çəkilişində yerli sakinlər, o cümlədən millət vəkili Vahid Əhmədov iştirak edib.

Möhüc kəndinin içməli su probleminin birdəfəlik aradan qaldırılmasını sakinlər sevinclə qarşıladılar.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə