Səudiyyə Ərəbistanı Kralı Azərbaycan prezidentinə təbrik məktubu göndərib
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib.
SİA-nın məlumatına görə, məktubda deyilir: "Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm".
Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Sultan bin Əbdüləziz Al Səud da Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB