Elmar Məmmədyarov Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri ilə görüşüb
Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Küveyt – Azərbaycan Parlamentlərarası Dostluq qrupunun Sədri Doktor Vəlid Ət Tabatabayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Nazir Elmar Məmmədyarov Azərbaycan – Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində böyük potensial olduğunu bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanmış və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Nazir Elmar Məmmədyarov parlament üzvlərinin birbaşa təmaslarının iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə Küveyt nümayəndə heyətini məlumatlandıran Nazir Elmar Məmmədyarov, Küveytin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyini yüksək qiymətləndirmiş və Küveyt Hökumətinə təşəkkür edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB