Bərdə-Yevlax yolunda ağır yol qəzası baş verib

Bərdə-Yevlax yolunda ağır yol qəzası baş verib

Səhər saatlarında Bərdə-Yevlax yolunda yüksək sürətlə hərəkət edən minik maşını idarə etməni itirərək VAZ-2106 markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. SİA-nın Qarabağ börosunun verdiyi xəbərə görə, qəzaya səbəb olan Vaz 21011 markalı avtomobil qarşı tərəfin hərəkət zolağına çıxaraq VAZ 2106 markalı avtomobilə dəyib.Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarəti alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Bərdə polis şöbəsində araşdırma aparılır.


Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə