TRT-nin Bakı təmsilçiliyi müstəqilliyin ildönümü münasibətilə sənədli film hazırlayıb
TRT-nin Bakı təmsilçiliyi Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə sənədli film hazırlayıb. Təmsilçilikdən SİA-ya verilən xəbərə görə, müstəqilliyin elanından indiyə qədər siyasi, iqtisadi və mədəni sahələrdə baş verən proseslərdən bəhs olunan 33 dəqiqəlik sənədli film oktyabrın 18-də Bakı vaxtı ilə saat 13.15-də "TRT Avaz" televiziyasında canlı yayımlanacaq.
Oktyabrın 23-də saat 18-də eyni kanalda filmin təkrarı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB