Oktyabrın 15-də Gəncə şəhərində Bakcell şirkətinin sponsorluğu və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Dünya Gənclər Festivalı – Azərbaycanı tanı" adlı beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, 13-20 oktyabr tarixlərini əhatə edən festivalın məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdir. Festivala dünyanın 50-dən çox ölkəsini təmsil edən 100 nəfər gənc qatılıb.
Oktyabrın 15-də baş tutan açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Bakcell şirkətinin Korporotiv Kommunikasiya Şöbəsinin müdiri Pərvanə Məmmədova, BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini Nato Alhazaşvili, "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və Gəncə şəhərindən seçilmiş millət vəkilləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakcell-in Korporativ Kommunikasiya Şöbəsinin müdiri Pərvanə Məmmədova təmsil etdiyi şirkətin Azərbaycan mədəniyyətinin təbliğinə və gənclərin inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, dünyada sülhün və əmin-amanlığın bərpasında gənclərin rolu böyükdür: "Ümid edirəm ki, festival müddətində sizdə Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və əlbəttə ki, qədim Gəncə şəhəri haqqında aydın təsəvvür formalaşacaq. Biz, dünyada sülhün bərqərar olmasında gənclərin çox vacib rol oynadığına inanırıq. Bu festival Bakcell-in "Daha yaxın olaq" fəlsəfəsinə əsaslanan iki mühüm dəyəri – Azərbaycan mədəniyyətinin təbliğini və gənclərin inkişafını bir arada birləşdirir".
P.Məmmədova festivalla Bakcell-in gənclər üçün nəzərdə tutulan yeni CİNeration kampaniyasının üst-üstə düşdüyünü də bildirib: "Cəmi bir neçə gün öncə Bakcell şirkəti yeni informasiya və kommunikasiya texnologiyaların öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulan yeni CİNeration tarifini təqdim edib. Bu, bizim gənclərə verdiyimiz önəmin daha bir nümunəsidir".
Bakcell adından iştirakçılara CİNaration tarif paketinin hədiyyə olunduğunu qeyd edən P.Məmmədova onların CİNeration istifadəçiləri sırasına qoşulan İlk Dünya Gəncləri olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



