Toyda qan töküldü

Bərdənin Cumalar kəndində keçirilən toy mərasimi zamanı düşən mübahisə bıçaqlanma ilə nəticələndi. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə sakini Nurəddin Məmmədov həmkəndlisi Şahmar Abbasova 4 bıçaq xəsarəti yetirərək xəstəxanalıq edib. Kəndlilər arasında söyüş üstündə düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Yaralı ağır vəziyyətdə Rayon mərkəzi xəstəxanasına çatdırlıb, vəziyyəti orta ağırdır.

Faktla bağlı Bərdə polisində cinayət işi açılıb, araşdırma aparılır.

Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə