“Xaricdə təhsil və 20 illiyimiz” adlı dəyirmi masa keçirilib

“Xaricdə təhsil və 20 illiyimiz” adlı dəyirmi masa keçirilib

\"Azərbaycan təhsil sistemində böyük uğurlar və nailiyyətlər qazanıb\". Bunu bugün Türkiyə universitetləri məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov Atatürk mərkəzində təşkil olunan "Xaricdə təhsil və 20 illiyimiz" adlı dəyirmi masada çıxışı zamanı bildirib. SİA-nın xəbərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar barəsinə ətraflı məlumat verən birlik sədri qeyd edib ki, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra təhsil sahəsində böyük irəliləyiş və yüksək potensiallıq əldə edilib: \"Məhz 1991-ci ildən sonra əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil siyasəti Azərbaycanın kadr potensialının təkmilləşdirilməsinə böyük zəmin yaradıb. Hazırda bu kursun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən 5 minə yaxın tələbənin təhsil almaq üçün xaricə göndərilməsi buna bariz sübutdur. Həmin gənclər xaricdə yüksək elmi savad əldə edərək Azərbaycanının ictimai-siyasi həyatında, jurnalistika sahəsində, dövlət quruculuğunda böyük uğurlara imza atıblar\".

Sonda isə digər çıxış edənlər təhsilimizin inkişafı ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə