Vilayət Əliyev: “Azərbaycan bu gün etibarlı əllərdədir” - MÜSAHİBƏ

Vilayət Əliyev: “Azərbaycan bu gün etibarlı əllərdədir” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vilayət Əliyevin Səs TV-yə müsahibəsi


- Vilayət müəllim, müstəqilliyimizin 20 il öncəsi sizin yaddaşınızda necə qalıb?

- Həmin dövrdə ölkə daxilində ictimai-siyasi vəziyyət çox gərgin idi. Ölkədə özbaşınalıq baş alıb gedirdi. Hakimiyyətdə olan insanların səriştəsizliyi ölkəni, müstəqilliyi təhlükə qarşısında qoymuşdu. Məhz belə bir dövrdə ulu öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyət qismən stabilləşməyə başladı. Biz addım-addım müstəqilliyimizin bərpasını gücləndirirdik və itirilənləri geri qaytarırdıq. Bu çətin anlarda Azərbaycanın yeni konstitusiyasının hazırlanması prosesi gedirdi. Bütün bunların hamısı ulu öndərin işgüzarlığı, zəhməti sayəsində baş verirdi. İqtisadiyyat getdikcə güclənirdi. Sözsüz ki, iqtisadiyyatı olmayan dövləti, xalqı heç kəs qəbul etmir. Yeni neft kontraktlarını imzalamaqla ümummilli lider Avropaya, eləcə də dünyaya Azərbaycanın gücünü dərk etdirdi.

- Ötən 20 il ərzində daxili siyasətdə nələri əldə edə bilmişik və xarici siyasət sahəsində öz yolumuzu müəyyənləşdirə bilmişikmi?


- Müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən bir şəxsiyyət, dahi öndər Heydər Əliyev elə həmin dövrlərdə öz partiyasını – Yeni Azərbaycan Partiyasını yaratdı. Partiya çətin zamanda, təzyiqlər altında fəaliyyət göstərirdi. Qısa bir müddət ərazində öz sıralarını genişləndirdi. Xalqı öz ideyası ətrafında birləşdirdi və onun arxasınca getməyə başladılar. Ulu öndərin həmin ideyaları əsasında Azərbaycan bu gün özünün daxili və xarici siyasətini müəyyənləşdirir. Mən əminəm ki, nə qədər ki, müstəqil Azərbaycan var ölkəmiz Heydər Əliyevin ideyaları, proqramları ilə inkişaf edəcək. Biz o dövrdə özümüzə dost ölkələr tapmasaydıq, iqtisadi cəhətdən özümüzü təsdiq edə bilməsəydik bu gün müstəqil dövlətin mövcudluğu şübhə altında ola bilərdi. Bir sözlə ən doğru yol Heydər Əliyev yoludur. Azərbaycan bu gün etibarlı əllərdədir.

- Müstəqilliyimizin növbəti 20 ili ilə bağlı proqnozlarınız necədir? Qarşıda bizi nələr gözləyir?

- Bu gün mən də sizin kimi bu bayramı böyük sevinclə qeyd edirəm. Mən ona görə sevinirəm ki, müstəqilliyin ilk dövrlərindəki çətinliklərə sinə gərib xoşbəxt günlərə çatmışıq. Nəzərə alsaq ki, ötən 20 il ərzində biz bu cür inkişafa nail olmuşuq, sözsüz ki, qarşıdakı 20 ildə bizi daha böyük uğurlar gözləyir. Xaricdə təhsil alan gənclərin sayı artır, diasporumuzun dünyada fəaliyyəti genişlənir. Gələcək 20 ildə Azərbaycan dünyanın ən inkişaf etmiş on ölkəsi içərisində olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com