Elçin Quliyev: Azərbaycanda sərhəd təhlükəsizliyi və narkotiklərlə mübarizəyə həsr olunan beynəlxalq seminar keçiriləcək
Cari ilin noyabr ayında Azərbaycanda sərhəd təhlükəsizliyi və narkotiklərlə mübarizəyə həsr olunan beynəlxalq seminar keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, sərhəd qoşunların, general-leytenant Elçin Quliyev məlumat verib. O bildirib ki, seminar NATO-nun təşəbbüsü ilə keçiriləcək.
Seminarda Əfqanıstan, Mərkəzi Asiya ölkələrindən nümayəndələrin iştirak edəcəyini deyən Mərkəzi E.Quliyevin sözlərinə görə, tədbirdə sərhəd təhlükəsizliyi sahəsində qarşılıqlı fikir mübadiləsi aparılacaq və Azərbaycanın təcrübəsi digər ölkələrlə paylaşılacaq. DSX rəisi qeyd edib ki, NATO-nun təşəbbüsü ilə öyrənilməkdə olan Azərbaycanın sərhəd mühafizəsi sahəsində əldə edilən təcrübəni tətbiq etmək istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB