Elmar Məmmədyarov Türkiyə Xarici İşlər Nazirinin müşaviri ilə görüşüb
Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirinin müşaviri Fatih Ceylanla görüş keçirib. XİN-nin mətbuat xudmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan – Türkiyə münasibətləri, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılmış, eyni zamanda, regionda həyata keçirilən enerji layihələri müzakirə edilib.
Nazir Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.
Həmçinin görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB