Azərbaycanın xarici işlər naziri Marşal Fondunun nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ-ın Almaniya Marşal Fondunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycanın regionda yeri və rolu, Avropa institutlarına inteqrasiya istiqamətində atılan addımlar, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq, ölkədə aparılan iqtisadi islahatlar, təhsil sahəsində görülən işlər və regionda həyata keçirilən enerji layihələri barədə qonaqlara ətraflı məlumat verib.
Nazir həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumundan bəhs edərək məsələ ilə bağlı ünvanlanmış sualları cavablandırıb.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB