"Gəncənin Olimpiya İdman Kompleksinin təmiri gələn il nəzərdə tutulub". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncə şəhərinə səfəri çərçivəsində Gənclər və İdman Naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə kompleksin yenidən qurulması və əsaslı təmiri istiqamətində təkliflər var.
"Hələlik Gəncədə ikinci olimpiya idman kompleksinin tikintisinə ehtiyac yoxdur. Gələcəkdə bu məsələyə baxıla bilər. Ancaq biz hazırkı idman mərkəzinin yenidən əsaslı təmiri istiqamətində investisiya proqramına təkliflər hazırlamışıq və güman ki, gələn il əsaslı təmir aparılsın, lazım olan avadanlıqlar alınsın", - deyə nazir əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB