Arvadını öldürdürən ər uzağa qaça bilmədi

Arvadını öldürdürən ər uzağa qaça bilmədi

Oktyabrın 16-da saat 22 radələrində Bakıda keçmiş arvadını öldürüb qaçan şəxs bu gün hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən saxlanılıb. Xətai rayon polis İdarəsindən SİA-ya verilən məlumata görə, Şərur rayon sakini Quliyev Əsədulla Cəfər oğlu keçmiş həyat yoldaşı, 1963-cü ildə anadan olmuş Qəribova Pərvanə Novruz qızının yaşadığı Mehmandarov küçəsi ev 42, mənzil 3-ə gəlib. Burada o, keçmiş arvadı ilə mübahisə edib və özü ilə gətirdiyi baltayla P.Qəribovaya bir neçə zərbə vuraraq öldürüb. Daha sonra isə 8 yaşlı oğlu Azəri də götürərək qaçıb. Lakin polis çox keçmədən Əsədullanı yaxalamağı bacarıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1.-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə