İsrailin embarqosuna baxmayaraq \"Azadlıq donanması-2\" Qəzzaya yola düşəcək
İsrailin tətbiq etdiyi embarqoya baxmayaraq \"Azadlıq donanması-2\" Qəzzaya yola düşəcək. SİA-nın xəbərinə görə, bunu Türkiyənin İnsani Yardım Fondunun sədri Bülənd İldırım jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İsrail embarqonu ləğv etməsə belə, \"Azadlıq donanması-2\"nin Qəzzaya yola düşməsi baş tutacaq. B.Yıldırımın sözlərinə görə, fondun və \"Azadlıq donanması\" fəallarının hərəkətlərində qanuna zidd heç nə olmayıb və onların fəaliyyəti beynəlxalq hüquq çərçivəsindədir.
\"Azadlıq donanması\"nın nümayəndəsi və İnsani Yardım Fondunun (İHH) idarə heyətinin üzvü Hüseyn Oruc bildirib ki, Qəzza sektoruna ikinci humanitar karvanın yola salınması barədə Türkiyə tərəfi \"Azadlıq donanması 2\"-nin təşkilatçı ölkələri ilə danışıqlar aparır. \"Azadlıq donanması 2\"-də 22 qeyri-hökumət təşkilatının iştirak edəcəyinideyən H.Oruc qeyd edib ki, Türkiyə tərəfi donanmanın iştirakçısı olan ölkələrlə razılığa gələn kimi humanitar yardım Qəzzaya yola salınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB