Azərbaycanın cənub istiqamətində əsas avtomobil yolunu inşa edən İtaliya şirkətinin fəhlələri etiraz aksiyası keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Azərbaycanda Ələt-Astara avtomobil yolunun inşası layihəsində əsas podratçı qismində çıxış edən İtaliyanın "Todini" şirkətinin yerli fəhlələri etiraz aksiyası keçiriblər. Şirkətin 300-dən çox fəhləsinin tələbi əmək şəraitlərinin pis olmasıdır. Fəhlələr bildirirlər ki, əmək haqları aşağı olmaqla yanaşı, onlar yeməkxana və yataq şəraitindən də narazıdırlar. Fəhlələrin əmək haqları 300-500 manat olduğu halda, analoji işə görə şirkətdə işləyən əcnəbilərin maaşları 3000 avrodur. Bütün bunlara etiraz edən fəhlələr işi və texnikanı saxlayaraq şirkətin Salyandakı ərazisinə yığışıblar və rəhbərliyin məsələyə münasibət bildirməsini gözləyirlər.
Qeyd edək ki, bir qədər əvvəl "Todini" şirkətinin Azərbaycandakı layihəsinin rəhbəri Alberto Kaptozi Salyanda etiraz aksiyası keçirən fəhlələrlə görüşüb və işçilərin qaldırdığı problemlərin yaxın günlərdə həll olunacağına söz verib. Eyni zamanda, fəhlələrə birdəfəlik əlavə pulun ödəniləcəyi də bildirilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB