Qəzzaya yardım aparan Türkiyənin "Mavi-Mərmərə" gəmisində baş verən hadisələrdən sonra gərginləşən Türkiyə-İsrail münasibətlərinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, Asiya Dialoqu İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan "Mavi Mərmərə ilə azadlığa" adlı tədbirdə qəza bölgəsinə yardım aparan gəmidə iştirak edən könüllülər, insan haqlarının müdafiəçisi, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Asiya Dialoqu İctimai Birliyinin sədri Sevil Nuriyeva bildirib ki, bu tədbirin Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyi ərəfəsində keçirilməsi təsadüfü deyil: "Çünki uzun illərdir ki, İsraillə Fələstin müharibə aparır. Biz də xalq olaraq hər zaman müstəqillik, azadlıq istəmişik. Ona görə də Fələstin xalqının daim arzuladığı azadlığın bərqərar edilməsini bizdən gözəl başa düşən olmaz. Fələstinlilərin illər ərzində başlarına gələnləri bilirik və bir xalq kimi onların bu istiqamətdə etdiklərini dəstəkləyirik".
Türkiyənin İnsani Yardım Fondunun (İHH) sədri və hadisə baş verən anda hadisə yerində olan Bülent Yıldırım Qəzzaya yardım aparan gəmiyə hücum edən zaman baş verən hadisələr barədə ətraflı məlumat verib. O bildirib ki, həmin vaxt gəmidə 50 ölkədən 250 minə yaxın insan var idi: "Gəmidə dünyanın 4 bir yerindən insanlar, əli uşaqlı analardan tutmuş 70 yaşdan yuxarıya kimi vətəndaşlar, bütün dinlərin nümayəndələri toplaşmışdı. Onların hər biri İsrail hücumlarına son qoyulmasını, iki dövlət arasında müharibənin dayandırılmasını istəyirdilər".
Tədbirin davamında Qəzzaya yardın aparan gəmi və baş verən hadisələrin canlı şahidləri bunlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
KÖNÜL KAMİLQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB