İlin sonuna kimi, Qələbə Meydanının 1-ci tuneli istifadəyə veriləcək
Bakının Gənclik metrosunun ətrafında salınan Qələbə Meydanının inşası 2 ilə başa çatacaq. \"Akkord\" Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyevanın verdiyi məlumata görə, layihə görə, ərazidə 6 tunel, 2 yeraltı piyada keçidi, üçmərtəbəli yeraltı avtomobil dayanacağı inşa olunacaq. Həmçinin ərazidəki yolların genişləndirilməsi, metronun əlavə çıxışların inşası nəzərdə tutulub. Hazırda tunellərin tikintisi sahəsində işlər aparılır. Atatürk prospektində 2 yeraltı piyada keçidinin tikintisi ərazidə yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub. İlin sonuna kimi, 1-ci tunelin, 2013-cü ilədək isə layihə kompleks olaraq başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB