İşğal olunmuş ərazilərimizdə becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır

İşğal olunmuş ərazilərimizdə becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır

Azərbaycanın işğal olunmuş ərazilərində becərilən narkotik vasitələr qanunsuz dövriyyəyə çıxarılır. Bu barədə jurnalistlərə açıqlamasında BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin icraçı direktoru Yuri Fedotov bildirib.Onun sözlərinə görə, Əfqanıstanda tiryək istehsalı 61% artıb: "Ona görə də Azərbaycan və digər ölkələr oradan axına hazır olmalıdırlar".Y.Fedotov qeyd edib ki, əgər Əfqanıstanda əvvəllər narkotik istehsal etməyən vilayətlərin sayı 20 idisə, hazırda 17-yə düşüb: "Rəsmi statistikaya görə, narkotik istehsalı Əfqanıstanda təkcə ÜDM-in 10%-ni təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə