Paytaxtda dəhşətli yol qəzası baş verib. Hadisə bu gün səhər 9.00 radələrində Milli Bankın yaxınlığında qeydə alınıb. "VAZ-2107" markalı minik maşını 202 saylı marşrut avtobusu ilə toqquşub. Nəticədə "VAZ-2107"-də olan 4 nəfər dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
10.25
Nəsimi Rayon Polis İdarəsindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində "VAZ-2107" markalı maşında olan 4 nəfər – 33 yaşlı Ramin Vəliyev, 22 yaşlı Aysel Məmmədova, Türkiyə vətəndaşları, 24 yaşlı Bürhan Barat və 21 yaşlı Elihan Sarıtürk dünyasını dəyişiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB