“Biz yoxsulluqdan azad bir dünya quracağıq”

“Biz yoxsulluqdan azad bir dünya quracağıq”

17 oktyabr 2011-ci il Beynəlxalq Aclığın Aradan Qaldırılması Günüdür. Bu münasibətlə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun müraciəti yayımlanıb. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən SİA-ya verilən xəbərə görə, müraciətdə deyilir: "On illiklər boyu, Birləşmiş Millətlər Təşkilatı insanları yoxsulluqdan azad etmək üçün çalışıb.

Biz böyük irəliləyiş əldə etmişik, ancaq bu gün bu nailiyyətlər hələ də şübhə doğurur. Çox sayda insan qorxu içində yaşayır: İşini itirmək qorxusu, ailəsini qida ilə təmin edə bilməmək qorxusu, ömürlük yoxsulluğa düçar olmaq, sağlam, ləyaqətli yaşmaq hüququndan və gələcəyə bəslədiyi ümiddən məhrum olma qorxusu.

Biz üzləşdiyimiz çətinlikləri dəf edə bilərik - iqtisadi böhran, iqlim dəyişikliyi, ərzaq və enerji xərclərinin artması, təbii fəlakətlərin təsirləri. Biz gördüyümüz işlərin əsas hədəfi kimi insanları seçərək bunların öhdəsindən gələ bilərik. Gələcəyimizi formalaşdıran müzakirələrdə mən tez-tez üç qrupun yoxluğunu müşahidə edirəm: Yoxsul təbəqə, gənc insanlar və planet.

Qlobal maliyyə böhranından qorunmağa çalışdığımız bir vaxtda, biz həmçinin qlobal inkişaf geriləməsindən yayınmağa da çalışmalıyıq.

Maliyyə xərclərinə görə insanların idrakına edilən investisiyanı azalda bilmərik.

Malyariyaya yoluxmalar dayandırıla bilər. QİÇS-in qarşısı alına bilər. Milyonlarla ana doğuş zamanı xilas edilə bilər. Ətraf mühitin yaşıllaşdırılmasına yönələn investisiyalar yeni iş imkanları və inkişafa səbəb ola bilər.

Bu nəzəriyyə deyil. Bu hal-hazırda baş verir.

İndi geriyə çəkilməyin zamanı deyildir.

İndi Minilliyin İnkişaf Məqsədlərinə cavab vermək naminə güclü çalışmağın vaxtıdır.

İndi növbəti ilin davamlı inkişaf üzrə həlledici Rio + 20 konfransına ən gözəl şəkildə hazırlaşmağın vaxtıdır.

Gəlin birlikdə insanları dinləyək - onların ümid və səylərinin müdafiəsinə qalxaq..

Məhz bu yolla biz yoxsulluqdan azad bir dünyanı quracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə