Torpaq uğrunda ölən varsa Vətəndir!

Torpaq uğrunda ölən varsa Vətəndir!

Xocavənd rayonunun işğaldan azad olunan ərazilərində Qarabağ müharibəsində şəhid olanların xatirəsinə abidə kompleksi ucaldılıb. Abidə rayonun Nərgiztəpə adlanan ərazisində inşa edilib.


Abidənin üzərindəki qranit lövhələrdə birinci Qarabağ müharibəsində şəhid olan Xocavənd sakinlərinin adları həkk olunub.


Qeyd edək ki, 1993-94 cü illərdə Nərgiztəpə adlanan ərazinin hər qarışı uğrunda döyüşlər aparılıb. Buna görə də şiddətli döyüşlərin getdiyi yüksəkliklərin hər birində və 1994-cü ildə Heydər Əliyevin bölgəyə gələrək Xocavənd batalyonunun əsgərləri ilə görüşdüyü ərazidə də xatirə lövhəsi qoyulub və Azərbaycan bayrağı ucaldılıb. Abidə kompleksinin açılış mərasimi də bu yüksəkliklərdəki xatirə lövhələrini ziyarətlə başlayıb. Daha sonra Azərbaycanın himni səslənib və abidə kompleksinin rəsmi açılışı olub.


Yüzlərlə rayon sakini abidəni ziyarət edərək kompleksin qarşısına gül dəstələri qoyub. Mərasimdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan rayonlarının icra başçıları da iştirak edib.


Qeyd edək ki, təmas xəttindən cəmi 2 kilometrliyindəki abidənin yerləşdiyi ərazidən Xocavəndin işğal altındakı yaşayış məntəqələri aydın görünür. Mərasimdə iştirak edən rayon sakinləri bir müddət uzaqdan da olsa, doğma yurd yerlərini seyr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə