İranda 5 azərbaycanlı edam olunub, daha üç nəfər isə edam olunacağı günü gözləyir

İranda 5 azərbaycanlı edam olunub, daha üç nəfər isə edam olunacağı günü gözləyir

İranın Urmiyyə həbsxanasında beş azərbaycanlı edam olunub və daha üç nəfəri edam cəzası gözləyir SİA-nın xəbərinə görə, bu barədə xəbər İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinini yaydığı məlumatda göstərilib. Məlumatda deyilir ki, edamı gözlənilən üç nəfər edam hökmünün icrası üçün həbsxananın təkadamlıq hücrələrinə aparılıb. Edamın bazar ertəsi həyata keçirildiyi bildirilir

Edam cəzasına məhkum olunmuş və cəzasını gözləyən Allahverdi Əhmədpurazərin qardaşı Qurban Əhmədpurazər bizimlə söhbətində qardaşının 2 il yarımdır həbsdə yatdığını və onu edam cəzasının gözlədiyini təsdiqləyib.

Təşkilat deyib ki, edam olunan azərbaycanlılarla bağlı "doğru-düzgün məhkəmə keçirilməyib və onlara edam cəzası kəsilib". Komitə idddia edir ki, İranda sünni azərbaycanlı azlıqlara qarşı məhkəmə hökmləri digər dini mənsublara nisbətdə daha ağırdır.

Təşkilat edam olunanlardan, işgəncəyə məruz qoyularaq ifadə alındığını bildirib. Edam edilənlərin çoxuna narkotik ittihamları ilə hökm oxunduğu bildirilir.

Komitənin sözçüsü Yaşar Hakkakpur narkotik ittihamlarını istisna etmədiyini və İranda hüququn qorunması səylərinə hörmətlə yanaşdıqlarını desə də, ədalətsizliklə edam cəzasına məhkum edilməsini pislədiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə