FHN iki azyaşlının ölümü ilə nəticələnən yanğınla bağlı rəsmi məlumat yayıb
Göyçayda iki nəfər yanğında ölüb. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayonu, Yalman kəndində vətəndaşa məxsus ümumi sahəsi 378 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Faktla bağlı hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tərəfindən bitişik tikilmiş talvar yanğından mühafizə olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvələri - 2008-ci il təvəllüdlü Yaqubova Aygül Rauf qızı və 2009-cu il təvəllüdlü Yaqubov Buludxan Rauf oğlunun cəsədləri aşkarlanıb. Qeyd olunan şəxslərin cəsədləri yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB