Hicabla məktəbə gəlmək istəyənlərin sayı azdır

Hicabla məktəbə gəlmək istəyənlərin sayı azdır
Paytaxt ərazisində məktəbə hicabla gəlmək istəyən şagirdlərin sayı çox azdır. SİA-nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, onlarla da danışıqlar aparılır ki, məktəbə hicabla gəlmək yaxşı hal olmadığı başa salınsın: "Məktəblilər üçün vahid forma var. Uşaqlar məktəbə həmin formada gəlməlidirlər: Hicab isə məktəbli formasına daxil deyil".
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hicaba qadağa yoxdur. Lakin hansısa təhsil müəssisəsi daxili normativ hüquqi aktlarla buna qadağa qoya və ya icazə verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə