Siyavuş Novruzov: “Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir” - AÇIQLAMA

Siyavuş Novruzov: “Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir” - AÇIQLAMA

"Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşməsinə imkan vermir". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar və onların Azərbaycanın daxilində bütün hüquqları qorunacaq: \"Dağlıq Qarabağın erməni icması ilə azərbaycanlı icması arasında görüşlərin keçirilməsi vacib şərtlərdəndir. Onlarla birbaşa görüşlər keçirilməli və onlara başa salınmalıdır ki, siz Azərbaycan vətəndaşısınız və bütün Azərbaycan vətəndaşlarına məxsus bütün hüquqlardan istifadə edə bilərsiniz.


Dağlıq Qarabağ erməniləri bu cür görüşlərin keçirilməsinə razıdırlar. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi buna imkan vermək istəmir. Bir müddət əvvəl Cənubi Qafqaz təşəbbüs qrupu yaradılmışdı və mütəmadi olaraq biz erməni deputatlarla görüşlər keçirirdik. Bu görüşlər müsbət nəticələr verməyə də başlamışdı. Bunu görən Ermənistan rəhbərliyi bu görüşlərin nəticələrindən narahat olaraq bu işi pozdu və belə görüşlərin keçirilməsinə imkan vermədi. Beləliklə, Cənubi Qafqaz təşəbbüsü pozuldu. Bu baxımdan mən belə prosesin şahidi olan adam kimi deyə bilərəm ki, Ermənistan ziyalıları bu cür görüşlərin baş tutmasını və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır\".


\"O insanlarla görüşəndə, danışanda, onları düşdüyü vəziyyəti başa salanda, gələcəkdə onları nəyin gözlədiyini izah edəndə onlar reallığın nədən ibarət olduğunu anlayırdılar və müvafiq addımların atılmasına tərəfdar olurlar\", - millət vəkili deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com