Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 344,5 mln. manat ayrılacaq

Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 344,5 mln. manat ayrılacaq
2012-ci ildə dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı xərcləri üçün 344,5 mln. manat ayrılacaq. Bu 2011-ci ilə nisbətən 27,2 mln. manat çoxdur. SİA-nın məlumatına görə, ayrılan vəsaitin 186,3 mln. manatı mənzil-kommunal təsərrüfatının zərərinin ödənilməsinə, şəhər və rayon mərkəzlərində mənzil fondunun əsaslı təmiri və abadlaşdırılmasına, yolların təmiri və işıqlandırılmasına yönəldiləcək. Layihə çərçivəsində həmçinin yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturun bərpa və yenidən qurulması, kommunal xidmətlər üzrə yeni tariflərin tətbiqi və bir sıra digər tədbirlər üçün mərkəzləşdirilməsinə sərf olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə