“Aztelekom” İstehsalat Birliyində müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

“Aztelekom” İstehsalat Birliyində müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

"Aztelekom" İstehsalat Birliyində müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov əvvəlcə qonaqları salamyaraq müstəqillimizin qazanlmasının tarixi keçmişinə toxunub. Qeyd olunub ki, "Aztelekom" İstehsalat Birliyi 1992-ci ildə yaradılsa da ölkədəki mövcud vəziyyət hələ rabitə infrastrukturunun təkmilləşdirməyə və genişləndirməyə imkan vermirdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi rabitə sahəsində də quruculuq işlərinə start verildi. Sumqayıt və Gəncə şəhərlərində qardaş Türkiyə şirkətlərinin itsehsalı olan elektron tipli ATS-lərin istifadəyə verilməsi bu quruculuğun müjdəsi oldu. Baş direktor MDB ölkələri arasında birinci olaraq 2008-ci ildə Azərbaycanda ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılmasının başa çatdırıldığını bildirdi. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Respublikanın 29 rayonunun 83 yaşayış məntəqəsində Peyk rabitəsi avadanlıqları mini EATS-lərə qoşulmaqla bu məntəqələr telefonlaşdırıldı, 587 yaşayış məntəqəsində isə peyk terminalları quraşdırıldı və peyk avadanlığı vasitəsilə rabitə xidmətləri təşkil olundu. Məhəmməd Məmmədov ilin sonuna qədər isə "Aztelekom" İstehsalat Birliyi növbəti nailiyyətini genişzolaqlı internetlə olan tələbatın ən ucqar məntəqəsində belə ödənilməsinin təmin olunacağını qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə