Qondarma “DQR” təmsilçisi: “Dağlıq Qarabağın azərbaycanlı və erməni icması deyə anlayışlar yoxdur”
"Dağlıq Qarabağın azərbaycanlı və erməni icması deyə anlayışlar yoxdur". SİA-nın xəbərinə görə, bunu Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Prezident Aparatının İnformasiya İdarəsinin rəisi" David Babayan bildirib. Onun sözlərinə görə, "Dağlıq Qarabağ" Respublikası mövcuddur və rəsmi Bakı Azərbaycan-Qarabağ münaqişəsini həll etmək istəyirsə, ikitərəfli görüşlərin təşkili təklifi ilə rəsmi Stepanakertə müraciət etməlidir: "İlk görüş Bakıda, sonrakı görüş Stepanakertdə yaxud başqa yerlərdə keçirilə bilər. Amma bu iki rəsmi tərəfin – Artsax və Azərbaycanın nümayəndələri arasında keçirilən görüş olmalıdır".
Qeyd edək ki, belə bir görüşün keçirilməsi təklifini Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti irəli sürüb. Nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, bu görüş tərəflər arasında etimad mühitinin formalaşdırılması üçün lazımdır, orada yaşayan ermənilər Azərbaycan vətəndaşları olduğu üçün görüş Bakıda keçirilə bilər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB