Təhsil Nazirliyinin məktəbi Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib

Təhsil Nazirliyinin məktəbi Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib

Nazirlər Kabineti Təhsil Nazirliyinin Oğlanlar üçün Açıq tipli xüsusi məktəbinin Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi haqqında qərar verib.

Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, baş nazir Artur Rasizadənin imzaladığı qərar Dövlət Sərhəd Xidmətinin Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında qəbul edilib.

Qərara əsasən, Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, 5 ünvanında 4,2 ha torpaq sahəsində yerləşən Oğlanlar üçün Açıq tipli xüsusi məktəb ona məxsus əmlakla birlikdə Dövlət Sərhəd Xidmətinin balansına veriləcək və Xüsusi Məktəb adlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə