Ancaq bütün dünyada olduğu kimi bizdə də torpaq çatlamazlığı problemi olduğundan qəbiristanlıqlar köçürülür, sökülür, meyitin dəfn olunması üçün torpaq satılır. Bu problem dünyanın əksər ölkələrində aktualdır və torpağın qiymətli və qıt olması səbəbindən insaniyyətə ölən insanı dəfn etmək üçün digər üsullarından istifadə təklif olunur. Artıq dünyan bir çox ölkəsində torpağa qənaət etmək məqsədilə kremasiyadan (meyitin yandırılması) istifadə olunur.
"Sağ insanlar üçün sağlamlıq və torpaq"
Qeyd edək ki, kremasiyanın tarixi çox qədim zamanlara gedib çıxır. Hələ ibtidai insanlar mərhumun meyitini oda atmaqla onu allahların himayəsinə göndərdiklərini düşünürdülər.
Misir və qədim Yunanıstanda da isə kremasiyadan daha geniş istifadə olunub. Yunanlar hesab edirlərmiş ki, yandırılma üsulu mərhuma axirət dünyasında yardımçı olur. Sonradan bu ənənə Qədim Pimə ötürülür və burada yandırılmış meyitin külü xüsusi qablarda saxlanılır. Həmin dövrlərdə xristian aləmində kremasiya bütpərəstlik əlaməti hesab olunduğu üçün Avropada kremasiyadan imtina olunaraq mərhum torpağa tapşırılmasına üstünlük verilir. Böyük Karlın hakimiyyəti dövründə isə kremasiya qətiyyətlə yasaq olunur və bu ənənə min illərlə unudulur.
Ancaq mərhumun yandırılma üsulu 18 ildən sonra yenidən gündəmə gəlir. Həmin dövrdə şəhərlər böyüdüyü üçün torpağa qənaət etmək məqsədilə kremasiyan yenidən istifadə olunmağa başlanır. Bu həm də öz evlərinə yaxın yerlərdə torpağa tapşırılan meyitlərin epidemiyaya səbəb olmasının qarşısını aldı. Ona görə də, yandırılma üsulu yenidən gündəmə gəlir. Meyitin yandırılması zamanı onun yaxınlarının heysiyatına toxunmamaq üçün isə kremasiya təkmilləşdirilməyə başlanır və bunun üçün xüsusi binalar tikilməyə başlayır.
1869-cu ildə Florensiyada "Saq insanlar üçün sağlamlıq və torpaq" adlı Beynəlxalq Tibb Konfrans isə kremasiyanın daha geniş tətbiqi ilə bağlı qəbul olunan qətnamə və çağırış kremasiyanı yenidən aktuallaşdırır. 1873-cü ildə professor Bruno Brunetti dünyada ilk dəfə kremasiya sobası hazırlayır. Həmin soba Venada keçirilən Beynəlxalq sərgidə nümayiş olunur. 1878-ci ildə isə İngiltərənin Yokinq bə Almaniyanın Qota şəhərlərində Avropanın ilk krematoriyaları tikilir. Sonradan kremasiya assosiasiyaları yaradılır və bir çox ölkələrdə kremasiyadan istifadə olunmağa başlayır.
Rusiyada meyitlər yandırılır
Kremasiya müasir dövr üçün də aktuallığa çevrilib. Böyük şəhərlərdə torpaq sahəsinə qənaət etmək məqsədi ilə kremasiya üsulunun tətbiqi məsələsi gündəmə gəlib. Məsələn Moskvada 70-ə yaxın qəbiristanlıq dolu olduğu üçün 13 milyon əhalisi olan şəhərdə son illər kremasiya üsulunun tətbiqi məsələsi gündəmə gəlib. Mütəxəssislər hesab edirlər ki, bu üsul torpaq sahələrinə qənaət, digər xərcləri azaltmaq, həm də bioloji cəhətdən (infeksiyaların qarşısını almaq) əlverişlidir. Rusiyanın bəzi ərazilərində kremasiya artıq qəbul edilib və Moskvada 7-8 faiz ölü kremasiya edilir. Ancaq Peterburqda ölənlərin 65 faizi, Avropa ölkələrində isə 80-90 faizi kremasiya edilir. Aparılan araşdırmalar da göstərib ki, yandırılma üsulu ucuz başa gəldiyi üçün ona meyl edənlərin sayı günbəgün artır.
Müsəlmanlara kremasiyan başqa nə ziddir?
Bu üsul müsəlmanlar üçün yolverilməz hesab olunur. Ola bilər ki, İsveçrədə də kremasiyadan istifadə normaldır. Ancaq bu ölkədə yaşayan müsəlmanlar öz yaxınlarını islam qaydalarına uyğun şəkildə dəfn etmək üçün torpaq tapa bilmirlər. Bununla bağlı bəyanat verən müsəlmanlar yerli hakimiyyət idarəsindən öz yaxınlarını dəfn etmək üçün torpaq sahəsi istəsə də imtina cavabı eşidiblər. Bu müsəlmanlar tərəfindən dini etiqad azadlığı və hüququmuzun pozulması kimi qiymətləndirilsə də problem çözülməmiş qalıb. Ancaq meyit yerdə qalsa belə müsəlman aləmində kremasiyanın tətbiqi yolverilməz hesab edilir. Bəzi yerli mütəxəssislər isə hesab edir ki, kremasiyadan müsəlman ölkələrində yaşayan digər dindən olan millətin nümayəndələri üçün onların öz istəyindən asılı olaraq reallaşdırılmalıdır. Bu məsələ Azərbaycan üçün də aktuallaşa bilər. Qeyd edək ki, hazırda paytaxt ərazisində 100-ə qəbiristanlıq var. Əksər qəbiristanlıqlarda artıq torpaq tükənib, qalan yerlərdə isə torpaq sahəsi pulla satılır. Elə yerlər də var ki, torpaq sahəsi sağ insanlar tərəfindən zəbt olunub. Qəbiristanlıqlarda torpaq çatmazlığını bəzən də süni sürətdə yaradılır. Məsələn hazırda əksər qəbirlərin ətrafı hasarlanaraq qəbir yerindən daha artıq ərazi zəbt olunur. Məsələn qəbir təxminən 1 metr enində, iki metr uzunluğunda olsa da, elə qəbirlər var ki, təxminən qəbirin 15 metr enində, 20 metr uzununda ətrafını hasarlayaraq mərhumun üstündə 3-4 metrlik qara mərmərdən ya iri qəbir daşı, ya da möhtəşəm bir heykəl ucaldılır. Bilməyənləri diqqətinə çatdıraq ki, islam dininə kremasiya zidd olduğu kimi qəbrin üzərinin bu qədər hündürlükdə qaldırılması da qəbul olunmur. Hətta bunun mərhum ruhunu incitdiyini də dəyənlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB