Əlilliyə səbəb olan faktorların öyrənilməsi səbəbləri araşdırılıb
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda "Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti, əlilliyin baş verməsi və ağırlaşması hallarının qarşısının alınmasında fərdi reabilitasiya proqramının icrasının əhəmiyyəti" mövzusunda zona müşavirəsi keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, habelə bölgə üzrə Tibbi-sosial ekspert komissiyalarının, Əhalinin sosial müdafiəsi mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə bölgədə əlilliyi doğuran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi, ilkin əlilliyin profilaktikası, bu istiqamətdə aparılan kompleks tədbirlərin genişləndirilməsi ilə bağlı müxtəlif dövlət orqanları və ictimai təşkilat nümayəndələri ilə informasiya mübadiləsinin həyata keçirilməsi məsələsi müzakirə edilib, müvafiq təhlillər aparılıb.Müşavirə həmçinin əlil insanların sosial həyata inteqrasiyası, onların cəmiyyətin digər vətəndaşları ilə bərabər imkanlar qazanması, saglam həyat tərzinin təbligi və əlillik problemləri ilə baglı effektiv maarifləndirmə tədbiri kimi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB