Tezliklə ölkə ərazisində hərəkət edən qatarların sürəti 140 km/saata çatdırılacaq. \"Azərbaycan Dəmir Yolları\" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, bu istiqamətdə işlər görülür. Belə ki, dəmir yolu xətti, rabitə və işarəvermə sistemi yenidən qurulacaq, yeni vaqonların və lokomotivlər alınacaq. Bu məqsədlə Dünya Bankından 450 milyon dollarlıq kredit alınıb. 2014-cü ilədək Bakıdan Böyük Kəsiyə qədər 317 km dəmir yolu yenidən qurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB