BDM və Milli QHT Forumu müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünü qeyd ediblər
Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Milli QHT Forumunun nümayəndələri Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
BDM mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sonra Beynəlxalq Diaspor Mərkəzi (BDM), "Çağ Öyrətim" Şirkəti və Milli QHT Forumu ilə birgə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Bakı Özəl Türk Litseyinin konfrans salonunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı BDM-in və bütünlükdə Azərbaycan diasporunun həyata keçirdiyi tədbirlər haqqında qısa məlumat verərək bu kimi mühüm tarixi hadisələrin qeyd olunmasında xaricdə yaşayan soydaşlarımızın daha fəal olmasını xüsusilə vurğulayıb. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında məruzə ilə çıxış edən professor Vaqif Arzumanlı 18-20-ci illəri əhatə edən istiqlal tariximizdən, daha sonra 1991-ci ilin oktyabrında müstəqillik aktından danışaraq Azərbaycan xalqının bu yolda göstərmiş olduğu keşməkeşli mübarizə yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Həmçinin məruzəçi öz çıxışında müstəqil Azərbaycan Respublikasının son 20 il ərzində iqtisadi-siyasi, sosial-mədəni və beynəlxalq səviyyədə qazandığı nailiyyətlər barədə fikirlərini bildirib. Tədbirdə çıxış edən "Çağ Öyrətim" Şirkətlər Qrupunun rəhbəri Ənvər Özərən, Türkiyə Səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu, Yazıçılar Birliyinin üzvü Ənvər Əhməd, Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Şair Əvəz Lələdağ, BDM-in Sankt-Peterburq şəhərindəki koordinatoru Şirin Şirxanov və digərləri öz çıxışlarında müstəqillik tariximizin müxtəlif dövrlərini əhatə edən və eyni zamanda Azərbaycan Respublikasının regionda və dünyada əldə etdiyi nailiyyətlər haqqında fikirlərini bildiriblər.
Konfransda hökumət, ictimaiyyət, QHT və diaspor nümayəndələri, həmçinin litseyin müəllim və şagird heyəti iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB