Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "Qütb Teleradio Şirkəti"nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. SİA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurası \"Televiziya və radio yayımı haqqında\" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş \"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə\"nin 8.9-cu bəndini rəhbər tutaraq \"Qütb Teleradio Şirkəti\"nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB