Şirvan şəhərində Şirvan və İmişli regional Ədliyyə şöbələrinin birgə müstəqilliyin 20 il dönümünə həsr olunmuş müşavirəsi keçirilib. SİA-nın Aran bürosunun məlumatına əsasən, tədbirdə Şirvan və İmişli regional ədliyyə şöbələrinə daxil olan qurumların rəhbərləri, həmçinin əməkdaşları iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Şirvan şəhərində yerləşən regional ədliyyə şöbəsinin binasında da Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edildikdən sonra müşavirəyə start verilib. Tədbirdə Şirvan regional ədliyyə şöbəsinin rəisi Nizami Hüseynov çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixindən və o zaman yaranmış ağır siyasi situasiyadan bəhs edərək Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Qeyd edib ki, müstəqilliyimizin qorunub saxlanılmasında dahi şəxsiyyətin danılmaz və əvəz olunmaz xidmətləri olub. Müşavirədə İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov da çıxış edərək müstəqillik dövründə əldə olunan nailiyyətlərdən və uğurlardan geniş məlumat verib. Şirvan şəhər Natariat kantorunun rəisi Daxil Kərimov da tədbirdə çıxış edərək respublikamızda yenidən müstəqillik aktı qəbul ediləndən bütün sahələrdə olduğu kimi ədliyyə sistemində Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan və bu sahənin təkmilləşərək Avropa qanunlarına uyğunlaşmasında imzalanan sərəncamların əhəmiyyətindən ətraflı məlumat verib. Bu gün Azərbaycanın demokratik və hüquqi dövlət olmasını və inamla inkişaf etməsini bildirən natiq ədliyyə sisteminində inkişafından danışıb. Digər ədliyyə işçiləri də müstəqilliyin 20 il dönümünə aid fikirlərini müşavirə iştirakçıları ilə bölüşüblər.
İqbal Mikayılov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB