Bu dəqiqələrdə Ağdamın cəbhəyanı kəndlərində atışmadır

Bu dəqiqələrdə Ağdamın cəbhəyanı kəndlərində atışmadır
SES TV-nin Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəliloğlunun verdiyi məlumata görə, bu gün saat 13-00 radələrindən başlayaraq erməni hərbçiləri Ağdamın cəbhə kəndlərini atəşə tutur. Erməni ordusunun əsgərləri Ağdamın işğal altında olan Başqənvənd kəndindən üzbəüz mövqedə yerləşən rayonun Cıraqlı kəndini qısa fasilələrlə atəş açır. Müxtəlif silahlardan açılan mərmilər cəbhə kəndində yerləşən fərdi yaşayış evlərinə ziyan vurub. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Bütün hallarda Azərbaycan ordusu qarşı tərəfi susdura bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə