Sosial müdafiə fondunun uzunmüddətli strategiyası hazirlanır

Sosial müdafiə fondunun uzunmüddətli strategiyası hazirlanır

Dövlət Sosial Müdafiə Fondunun uzunmüddətli strategiyasının aralıq layihəsinin hazırlanması prosesi yekunlaşıb". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov verib. S. Müslümov bildirib ki, oktyabrın sonuna qədər fondun 2025-ci ilə qədər dövrü üçün fəaliyyət strategiyasını müəyyənləşdirən layihənin təqdimatı keçiriləcək: "Həmin proqram vasitəsilə mövcud durum, hazırkı indikatorlar və parametrlər, makroiqtisadi, demoqrafik, o cümlədən sığorta pensiyasının parametrləri və digər mühüm məqamlar araşdırılacaq".

S. Müslümov daha böyük layihənin isə Dünya Bankı ilə birgə reallaşdırılacağını da qeyd edib: "Sosial müdafiə və pensiya təminatının inkişafı ilə bağlı olan layihədir. Bu layihə növbəti 40 il üçün yəni 2050-ci ilə qədər sığorta pensiya sisteminin inkişafının uzunmüddətli layihəsinin tərtibi ilə məşğul olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə