Ziya Bünyadov prospektindəki evlər söküləcək

Ziya Bünyadov prospektindəki evlər söküləcək
Ziya Bünyadov prospektinin yenidən qurulması məsələsi gündəmə gəlib. Prospektin yenidənqurulması nəticəsində yol boyunca olan obyekt və fərdi yaşayış evləri söküləcək. "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, 2 il davam edəcək yenidənqurma işləri zamanı söküləcək evlərin sayı hələ müəyyənləşməyib: "Ancaq deyə bilərik ki, söküləcək evlərin sənədləri qaydasında olmasa ev sahiblərinə kompensasiya verilməyəcək. Artıq həmin evlərin sahibinə xəbərdarlıq edilib".
Qeyd edək ki, Z.Bünyadov prospekti başlanğıcını Nəsimi rayonu ərazisindəki "Xutor dairəsi"ndən götürür və metronun "Əzizbəyov" stansiyasınadək uzanır.

Bütün xəbərlər Facebook səhifəmizdə