Cəbhə boyunca istinad divarları çəkilir

Cəbhə boyunca istinad divarları çəkilir

Ağdam, Tərtər və Goranboy rayonlarını təmas xəttinə yaxın yerləşən kəndlərdə ümumi uzunluğu 2700 m olan istinad divarlarının çəkilməsinə başlanıb. Məqsəd sakinləri erməni güllələrindən qorumaqdır. Hasarlar sakinlərin güllədən dəlmə-deşik olmuş evlərini qoruyacaq. Tarlalarda işləyən sakinlərin nisbətən təhlükəsizliyini qoruyacaq. Tikinti işləri 7 ay əvvəl həyətlərində oynayarkən snayperlə vurulan 8 yaşlı Fariz Bədəlovun yaşadığı Ağdam rayonunun Orta Qərvənd kəndindən başlanıb. Artıq Farizin vurulduğu həyətin ətrafına hasar çəkilib. İstinad divarlarının tikintisi Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin sifarişiylə aparılır. İstinad divarları cəbhə xəttində yerləşən yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə tərtib olunan dövlət proqramının bir hissəsidir. Proqramda müharibə zamanı dağılan evlərin, sosial obyektlərin, kommunikasiya xəttlərinin də bərpası nəzərdə tutulub.Qeyd edək ki , istinad divarlarını tez zamanda başa çatdırılması planlaşdırır. Bu işlər başa çatıqdan sonra sonra müharibədən zərərçəkən evlərin bərpası işləri davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə