Şirvanda müstəqilliyin 20-ci ildönümü qeyd olunub - FOTO

Şirvanda müstəqilliyin 20-ci ildönümü qeyd olunub - FOTO

Şirvan şəhərində Şirvan və İmişli regional ədliyyə şöbələrinin birgə Müstəqilliyin 20 ildönümünə həsr olunmuş müşavirəsi keçirilib. SİA-nın Aran bürosunun məlumatına əsasən Şirvan və İmişli regional ədliyyə şöbələrinə daxil olan qurumların rəhbərləri həmçinin əməkdaşları iştirak edib.

Tədbirdə Şirvan regional ədliyyə şöbəsinin rəisi Nizami Hüseynov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixindən və o zaman yaranmış ağır siyasi situasiyadan bəhs edərək ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Qeyd edib ki, müstəqilliyimizin qorunub saxlanılmasında dahi şəxsiyyətin danılmaz və əvəzolunmaz xidmətləri olub. Müşavirədə İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədovda çıxış edərək müstəqillik dövründə əldə olunan nailiyyətlərdən və uğurlardan danışıb.

Şirvan şəhər Notariat kontorunun rəisi Daxil Kərimov tədbirdə çıxış edərək bildirib ki, respublikamızda yenidən müstəqillik aktı qəbul edildikdən sonra bütün sahələrdə olduğu kimi ədliyyə sistemində uğurlu islahatlar keçirilib və bu sahədə təkmilləşdirmə işləri görülüb.

Digər çıxış edənlər müstəqilliyin 20-ci ildönümünə aid fikirlərini müşavirə iştirakçıları ilə bölüşüblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə