İlin sonuna kimi Nəqliyyatın İntellektual İdarəetmə Sistemini fəaliyyətə başlayacaq
Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemini
bu ilin sonuna kimi fəaliyyətə başlayacaq. Artıq layihəsinin icrasına başlanılıb. İki ilə yaxındır ki, layihə çərçivəsində Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) tikintisi həyata keçirilir. Artıq nəzərdə tutulan işlərin böyük əksəriyyəti reallaşıb.
Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, sistem öncə Bakı şəhərini, sonrakı mərhələlərdə isə Abşeron rayonunu və ölkənin digər ərazilərini, o cümlədən magistral yolları və rayon-şəhər mərkəzlərini əhatə edəcək: "Artıq Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin mərkəzinin inzibati binasında server və 18 şəbəkə avadanlığı quraşdırılıb. Ümumi sahəsi 120 kvadratmetr olan böyük monitor, 6 fasiləsiz elektrik qida mənbəyi yaradılıb. İkinci mərtəbədə intellektual idarəetmə, server və iclas otaqları, konfrans zalları, perspektiv layihələr və digər inzibati kabinələr yerləşir. İntellektual idarəetmə zalında quraşdırılan 600 rəqəmsal görüntünü özündə əks etdirən böyük monitor dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan ən böyük monitor da quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, 2 min avtobusun idarə edilməsi haqqında məlumat, 192 kamera görüntüsünün eyni vaxtda göstərilməsi həyata keçirilir. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB