Milli Məclisin deputatı Asim Mollazadə oktyabrın 15-dən 22-dək Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən məlumata görə, Millət vəkili Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış Monterey şəhər Şurasında qətnamənin qəbul edilməsi və Azərbaycan bayrağının qaldırılması nəzərdə tutulur. Səfər müddətində Asim Mollazadə həmçinin San Dieqo şəhərində Bakının Nəsimi rayonu və Svitzer Haylend qonşuluq tərəfdaşlığı layihəsinə həsr olunmuş mərasimə də qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB