Azərbaycanda səfərdə olan Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında qonağın prezident İlham Əliyev tərəfindən qəbil edildiyini bildirib. A. Paşazadə deyib ki, səmərəli keçən görüşdə dini münasibətlərin qurulması, inkişaf etdirilməsi, iki dövlət arasında dini və mənəvi əlaqələr, birlikdə separatizmə qarşı mübarizə, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib. Onun sözlərinə görə, görüşdə, həmçinin PKK-nın Türkiyədə terrorçuluq fəaliyyətinə, narkomaniyaya qarşı mübarizə barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB